Xəzər Xəbər

5 yaşlı oğlunu öldürən ana "dəlixana"ya göndərildi

Hadisə | 15:26 • 12 Sentyabr 2017
5 yaşlı oğlunu öldürən ana "dəlixana"ya göndərildi

5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadın Nazilə Qulubəyovanın cinayət işi məhkəmə davam edib.


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror Fərid Nağıyev çıxış edərək Nazilə Qulubəyovanın cinayət məsuliyyətindən azad edilməsini istəyib və onun barəsində məcburi xarakterli tibbi tədbirlərin görülməsini tələb edib. Prokuror onu da qeyd edib ki, Nazilə Qulubəyova cinayəti törədən zaman anlaqlı vəziyyətdə olmayıb.


Vəkil də prokurorun çıxışı ilə razı olduğunu və Nazilə Qulubəyovanın cinayəti anlaqsız vəziyyətdə törətdiyi deyib. Hakimlər kolelgiyasının hökmünə əsasən Nazilə Qulubəyova cinayət məsuliyyətindən azad edilib və barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsi üçün 1 saylı Respublika Psixiatriya xəstəxanasına göndərilib.


Qeyd edək ki, 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda "Üzüm bağı" dini təriqətinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub. Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova "pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski qoyaraq onu boğaraq qətlə yetirib.

Xəbər lenti