Xəzər Xəbər

Bakıda küçədə qadının dilini kəsən, sevgilisini isə bıçaqlayan şəxslə bağlı TƏFƏRRÜAT

Hadisə | 17:56 • 11 Sentyabr 2017
Bakıda küçədə qadının dilini kəsən, sevgilisini isə bıçaqlayan şəxslə bağlı

Binəqədi icra nümayəndəliyinin qarşısında ər və arvada bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Raçxan Fərman oğlu İbrahimov şübhəli şəxs qismində saxlanılıb.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, yol kənarında dayanan taksi sürücülərindən biri olayı lentə alıb. İstintaqla müəyyən olunub ki, xəsarət alanlar ər və arvad deyil.

Belə ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Çələbov Çələb Fətulla oğlu səhər saatlarında evdən çıxıb gedərkən Raçxan onları görüb. Bir vaxtlar qadınla qeyri-rəsmi münasibətləri olduğundan, o, hisslərinə hakim ola bilməyib. Kadrlardan da göründüyü kimi, o, əlində olan bıçaqla əvvəlcə qadının ağız və göz nahiyələrindən iki bıçaq zərbəsi vurub. Çələb Çələbov onu zərərsizləşdirmək istəyərkən isə qarın və qulaq nahiyələrindən iki bıçaq zərbəsi alıb. "Sənə xəbərdarlıq etmişdim” kimi ifadələr səsləndirən İbrahimov qadının tərpənə bilmədiyini görəndən sonra bıçağı yerə atıb.

Diqqətçəkən məqam isə hadisə həvəskar kamera ilə lentə alındığı vaxt qonşu qadından başqa heç kimin yaralılara kömək göstərməməsidir. Xəstəxanadan verilən məlumata görə, yaralı qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna yerləşdirilib. Çələb Çələbov isə Kliniki Tibbi Mərkəzdə müalicə alır.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti