Xəzər Xəbər

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 10 yaralı

Hadisə | 14:17 • 11 Sentyabr 2017
Azərbaycanda dəhşətli qəza:

Sabirabad rayonunda mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

1949-cu il təvəllüdlü Baxşıyev Xələf  Əsgəralı oğlunun idarə etdiyi "Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb.

Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və 1946-cı il təvəllüdlü Zərbəliey Teymur Xanhüseyn oğlu ölüb.

Sürücüsü və mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəllüdlü Amil Əhmədov, 1968-ci il təvəllüdlü Şəhla Abbasova, 1992-ci il təvəllüdlü Çimnaz Rəhmətova, 1957-ci il təvəllüdlü Böyükkişi Ağayev, 1963-cü il təvəllüdlü Zeynəb Novruzova, 1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov, 1992-ci il təvəllüdlü Mahir Həsən oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Kamran Ələkbərov, 19974-cü il təvəllüdlü Bəylər Quluzadə xəsarət alıblar.

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalara yola salınıblar. (apa)

***

Sabirabad rayonunda mikroavtobus aşıb.

Hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində iki nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir. (apa)

Xəbər lenti