Xəzər Xəbər

Satıcılar oğrunu iş başında tutdular

Hadisə | 14:06 • 11 Sentyabr 2017
Satıcılar oğrunu iş başında tutdular

Bakıda marketdən oğurluq etmək istəyən şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 10-da Bakı şəhər sakini Xanlar Əhmədov Səbail rayonu Neftçilər prospektindəki ticarət mərkəzlərinin birindəki marketdən 42 ədəd enerji içkisi oğurlayarkən oranın işçiləri tərəfindən saxlanılıb və polisə təhvil verilib.

Araşdırma aparılır.

Xəbər lenti