Xəzər Xəbər

Toydan çıxan şəxslər arasında kütləvi dava Burnu sındı

Hadisə | 10:48 • 10 Sentyabr 2017
Toydan çıxan şəxslər arasında kütləvi dava

Ağstafada toydan çıxan bir qrup şəxs arasında söyüş üstündə kütləvi dava olub.

Hadisə rayonun Qırlı kəndində baş verib.

Dava kənddə keçirilən toy mərasimindən çıxmış bir qrup şəxs arasında dava düşüb. Nəticədə söyüş söyən şəxs, Qırlı kənd sakini, 1982-ci il təvəllüdlü Ramin İsrafil oğlu Məmmədov möhkəm döyülüb və burnu sındırılıb. Yaralı xəstəxanaya yerləşdirilib və hazırda həkimlər tərəfindən əməliyyat edilərək Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti