Xəzər Xəbər

Tovuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Hadisə | 12:04 • 9 Sentyabr 2017
Tovuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 5 nəfər xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti