Xəzər Xəbər

Qarğa 7 aylıq körpəni öldürdü

Hadisə | 11:28 • 11 Avqust 2017
Qarğa 7 aylıq körpəni öldürdü

Misirin Aralıq dənizi sahillərində yerləşən İsgəndəriyyə şəhərində qarğa 7 aylıq uşağı öldürüb.

İsgəndəriyyə polis orqanlarından əldə edilən məlumata görə, evin balkonundan evə girən bir qarğa otaqda yatan 7 aylıq Adəm adlı körpəni boynundan yaralayıb.

Müdaxilələrə baxmayaraq ağır yaralı olaraq xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

İstintaq zamanı ananın ifadəsinin doğru olduğu təsdiq olunub. Hadisədə cinayət şübhəsinin olmadığı vurğulanıb./AzNews.az

Xəbər lenti