Xəzər Xəbər

Dəhşətli qəza: 36 ölü

Hadisə | 10:19 • 11 Avqust 2017
Dəhşətli qəza:

Ötən axşam Çinin mərkəzində yerləşən Şensi əyalətində baş verən dəhşətli qəzada 36 nəfər ölüb, 13-ü isə yaralanıb.

Hadisə Pekin-Kunmin şürət yolunda bir sərnişin avtobusunun iştirakı ilə baş verib. İlkin ehtimala görə, avtobus bilinməyən səbəbdən tunelin girişindəki divara dəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti