Xəzər Xəbər

10 ayın gəlini ov tüfəngiylə intihar etdi Əri "Eşitmədim" deyir

Hadisə | 16:31 • 10 Avqust 2017
10 ayın gəlini ov tüfəngiylə intihar etdi

Türkiyənin Uşak rayonunda yoldaşıyla mübahisə edən 10 ayın gəlini olan 20 yaşlı Gülümsər Karahan ov tüfəngiylə özünü vurub.

Hadisə iki gün əvvəl şəhərin Atatürk məhəlləsi, Erdemir prospektindəki mənzildə baş verib. Yoldaşıyla mübahisə edən Gülümsər Karahan səhər saatlarındayataq otağında çənəsinin altına dayadığı ov tüfəngindən atəş açaraq intihar edib.

Valideynləri Gülümsər Karahanın qətlə yetirildiyini irəli sürərək şikayət ediblər. Bundan sonra nəzarətə alınan həyat yoldaşı S.Karahan ifadəsində"Saat 21.30 radələrində evə gəldim. Yoldaşımla aramızda qayınatamın evinəgetməyə görə mübahisə yaşanıb. Gülümsər müzakirə sonrası yataq otağında, mən isə qonaq otağında yatdım. Saat 01:00 və ya 02:00 radələrində yoldaşımın tualetə getdiyini eşitdim. Sonrasını xatırlamıram. Səhər qalxdığımda yoldaşımı yataq otağında hərəkətsiz halda uzanıqlı vəziyyətd gördüm"deyib.

Silah səsini eşitmədiyini qeyd edən S.Karahanifadəsi alındıqdan sonra sərbəst buraxılıb./milli.az

Xəbər lenti