Xəzər Xəbər

Goranboylu kişidən arvadına qarşı VƏHŞİLİK: Küçənin ortasında döydü, üzünü şüşə ilə kəsdi

Hadisə | 16:03 • 10 Avqust 2017
Goranboylu kişidən arvadına qarşı VƏHŞİLİK:

Goranboyda ər arvadına ağır xəsarət yetirib.

Hadisə rayonun Xınalı kəndində baş verib.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.

Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.

Qeyd edək ki, ailənin 3 övladı var. (report)

Xəbər lenti