Azərbaycanda toyda mahnı üstündə dava:
yaralananlar var
Hadisə
|
11:24 • 10 Avqust 2017
Daşkəsəndə toy məclisində dava düşüb.
XəzərXəbər Report-a istinadən bildirir ki, hadisə
Daşkəsən şəhərində yerləşən şadlıq saraylarının birində baş
verib.
Belə ki, toy mərasimi zamanı qonaqlar arasında müsiqi sifarişi ilə
əlaqədar mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə
nəticələnib.
Dava zamanı qonaqlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri
alıb. Hələ ki adları açıqlanmayan yaralılardan birinin vəziyyətinin
orta-ağır, digərlərinin isə vəziyyətinin normal olduğu
bildirilir.