Xəzər Xəbər

Gömrükçülər aksiz markası olmayan 73 min ədəd siqaret AŞKARLADI

Hadisə | 12:09 • 8 Avqust 2017
Gömrükçülər aksiz markası olmayan

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus "Mitsubishi Pajero” markalı, 10 HF 066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib.

XəzərXəbər-ə Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti