Xəzər Xəbər

Azərbaycan və Gürcüstan XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Gündəm | 18:21 • 22 Yanvar 2021
Azərbaycan və Gürcüstan XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

22 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona fəliyyətində uğurlar arzu edib.


Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.



Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbər lenti