Xəzər Xəbər

Milli Məclisin sədri 20 yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Gündəm | 11:19 • 20 Yanvar 2021
Milli Məclisin sədri 20 yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Milli Məclisin sədri Sahibə Qafarova 20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı "Twitter” səhifəsində paylaşım edib.


Xezerxeber.az-ın məlumatına görə, spiker paylaşımında "1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin - 20 Yanvar faciəsinin günahsız qurbanlarının ruhları qarşısında baş əyir, əziz xatirələrini dərin ehtiramla anırıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaqdır”, - deyə yazıb.

Xəbər lenti