Xəzər Xəbər

Hacı Şahin: "Yaxın vaxtlarda Allahşükür Paşazadənin iştirakı ilə Şuşa və Ağdam məscidlərində dini tədbir keçiriləcək"

Gündəm | 15:05 • 4 Dekabr 2020
Hacı Şahin: "Yaxın vaxtlarda Allahşükür Paşazadənin iştirakı ilə Şuşa və Ağdam məscidlərində dini tədbir keçiriləcək"


Hazırda işğaldan azad edilən ərazilərdəki bütün məscidlər siyahıya alınır.


Bunu Xezerxeber.az-a açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.


Onun sözlərinə görə, yaxın günlərdə məscidlərlə bağlı geniş məlumat veriləcək:


"Qafqaz Müsəlmanlar İdarəsi dağıdılan məscidlərin gələcək fəaliyyəti üçün işlərə başlayıb. Məscidlərin təhqir olunması, tövlələrə çevrilməsi və dağıdılması ilə bağlı məlumatlar beynəlxalq qurumlara təqdim edilib. Bu bizim milli dəyərlərimizə qarşı bir təcavüzdür. Törətdikləri cinayətlərə görə onlardan kompensasiya tələb edəcəyik.

Təmirə ehtiyacı olan məscidlərdə dövlət hesabına bərpa işləri gedir. Ağdam, Şuşa, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarına din xadimləri və imamlar təyin olunub. Təmir işləri yekunlaşan onlar dini fəaliyətə başlaya biləcək. Hesab edirəm ki, işğaldan azad edilən bir çox kəndlərdə də məscidlər tikiləcək”.


İdarə nümayəndəsi məscidlərdə dini icmaların da formalaşdırılacağını qeyd edib.


Hacı Şahin onu da əlavə edib ki, yaxın vaxtlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, müxtəlif dini konfessiyalar və din xadimlərin iştirakı ilə Şuşa və ya Ağdam məscidində ümumi tədbirin keçirilməsi gözlənilir:


"Tarixlə bağlı dəqiq qərar qəbul olunmayıb. Pandemiyaya tədbirin keçirilməsinə mane olur”.


Sevinc Yasinqızı 



Xəbər lenti