Xəzər Xəbər

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Gündəm | 12:53 • 4 Dekabr 2020
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Xezerxeber.az-a  verilən məlumata görə, dekabrın 3-də törədilən21cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan11cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə22nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan9nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında4ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb,1nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli12fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Sevinc 

Xəbər lenti