Xəzər Xəbər

Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanılıb

Gündəm | 15:49 • 3 Dekabr 2020
Bakıda  əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanılıb

Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv "COVID-19” xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. 


DİN–in Mətbuat Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar. Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Sevinc Yasinqızı 

Xəbər lenti