Xəzər Xəbər

Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb

Gündəm | 15:42 • 3 Dekabr 2020
Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb

Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə aktiv "COVID-19” xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb. 


Daxili İşlər Nazirliyinin mətabuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.


Onun barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Sevinc Yasinqızı 

Xəbər lenti