Xəzər Xəbər

Prezidentin köməkçisi: “Qarabağ” sürgündə olan yeganə futbol klubu idi

Gündəm | 09:07 • 29 Noyabr 2020
Prezidentin köməkçisi:

"İşğaldan azad edilmiş Ağdamda "Qarabağ” futbol klubu yığmasının üzvlərinin olmasına şadam”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

"Qarabağ” qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi. İndi onlar öz doğma şəhərlərinə qayıtdılar", - deyə Prezidentin köməkçisi qeyd edib.

Xəbər lenti