Xəzər Xəbər

Hikmət Hacıyev Ermənistanın atəşə məruz qoyduğu qəsəbədən görüntü paylaşdı - VİDEO

Gündəm | 16:08 • 28 Noyabr 2020
Hikmət Hacıyev Ermənistanın atəşə məruz qoyduğu qəsəbədən görüntü paylaşdı -

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında Şıxarx qəsəbəsindən video paylaşıb.

Xezerxeber.az-ın xəbərinə görə, Hikmət Hacıyev bu fikirləri qeyd edib:

"Tərtər rayonu, Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”.


Xəbər lenti