Xəzər Xəbər

Diplomatlar Tərtərdə Ermənistanın amansız raket hücumlarının nəticələrinin şahidi olublar

Gündəm | 13:27 • 28 Noyabr 2020
Diplomatlar Tərtərdə Ermənistanın amansız raket hücumlarının nəticələrinin şahidi olublar

Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan "Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter”də bildirib.


"Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”, - deyə Prezidentin köməkçisi qeyd edib.


Atif




Xəbər lenti