Xəzər Xəbər

"Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edildi

Gündəm | 20:03 • 25 Noyabr 2020
"Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 2.3-cü bəndindən ", Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin" sözləri çıxarılır.

Xəbər lenti