Xəzər Xəbər

“Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir sənədini icra etmiş oldu”

Gündəm | 11:14 • 25 Noyabr 2020
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir sənədini icra etmiş oldu”

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib.


Xezerxeber.az-ın məlumatına görə, paylaşımda bildirilib ki, bu gün Şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub.


S.Qafarova bununla da Azərbaycan Resbublikasının BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş olduğunu qeyd edib: "Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan!


Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”

Xəbər lenti