Xəzər Xəbər

Prezidentin köməkçisi: Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutur

Gündəm | 15:07 • 31 Oktyabr 2020
Prezidentin köməkçisi: Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutur

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir.


Xezerxeber.az xəbər verir ki, bu fikirlər Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasında yer alıb.


Prezidentin köməkçisi deyib: "Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi, ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektləri bombardman edilib. Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olub, 400-dən artıq mülki şəxs yaralanıb. Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edilərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu, dözülməzdir”.

Xəbər lenti