Xəzər Xəbər

Çavuşoğlu BƏYAN ETDİ: "Danışıqlardan söhbət belə gedə bilməz"

Gündəm | 23:05 • 1 Oktyabr 2020
Çavuşoğlu BƏYAN ETDİ: "Danışıqlardan söhbət belə gedə bilməz"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğluyla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığının detalları açıqlanıb.


Bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.


Türkiyə XİN rəhbəri bildirib ki, ermənilər işğal altında saxladıqları torpaqlardan çıxmayınca, erməni işğalına son qoyulmayınca münaqişənin nizamlanmasına yönəlmiş danışıqlardan söhbət belə gedə bilməz.


"Əgər bu gün atəşkəs barədə anlaşma əldə olunsa belə, ermənilərin işğalına son qoyulmazsa, hərbi əməliyyatlar yenidən başlayacaq", - Çavuşoğlu bəyan edib./publika.az


Xəbər lenti