Xəzər Xəbər

DANX: Azərbaycanda şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək

Gündəm | 12:22 • 28 Sentyabr 2020
DANX: Azərbaycanda şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək

Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobusların hərəkəti bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcək.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, qərar həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir.


"Səbəb ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur", - deyə N. Allahyarova bildirib./apa

Xəbər lenti