Xəzər Xəbər

Prezidentdən məcburi köçkünlərlə bağlı sərəncam

Gündəm | 14:24 • 25 Sentyabr 2020
Prezidentdən məcburi köçkünlərlə bağlı sərəncam

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 


XəzərXəbər xəbər verir ki, sərəncamda deyilir: 


Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon (qırx iki milyon beş yüz min) manat ayrılsın.


Maliyyə Nazirliyinə bu sərəncam göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Xəbər lenti