Xəzər Xəbər

Türkiyə ilə Azərbaycan arasında TARİXİ RAZILAŞMA: Prezidentin köməkçisi açıqladı

Gündəm | 12:35 • 8 Sentyabr 2020
Türkiyə ilə Azərbaycan arasında TARİXİ RAZILAŞMA:

Türkiyə ilə Azərbaycan ortaq media platforması qurur.

XəzərXəbər xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun açıqlayıb.

Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşündə danışan Altun bildirib ki, platforma xüsusilə xaricdən gələn valyuta təxribatları ilə mübarizə nöqtəsində ortaq strategiyalar hazırlamaq məqsədilə yaradılacaq.

"Türkiyə-Azərbaycan Media Platforması yaratmaq mövzusunda razılığa gəldik. Qlobal şərtlər diqqət mərkəzində saxlandıqda bunun əslində bir seçim deyil, məcburiyyət olduğu anlaşılacaq. Bu platforma məqsədilə iki ölkə mediasının inteqrativ şəkildə hərəkət etməsini, xalqların maarifləndirilməsi istiqamətində effektiv fəaliyyəti, sosial mediada ortaya çıxan təxribatlar və valyuta təxribatları ilə mübarizə nöqtəsində ortaq strategiyalar təkmilləşdirməyi dəyərləndirdik”, - Altun qeyd edib.

Xəbər lenti