Xəzər Xəbər

DİM bu məktəbdə imtahan verəcək abituriyentlərə müraciət etdi

Gündəm | 11:44 • 8 Sentyabr 2020
DİM bu məktəbdə imtahan verəcək abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib.


DİM-dən XəzərXəbər-ə verilən xəbərə görə, Ocaqlı kəndində olan hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar həmin kəndin 1 nömrəli orta məktəbində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanı Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində keçiriləcək: "Bu günə qədər imtahana buraxılış vərəqəsini çap etmiş şagirdlərdən xahiş olunur ki, DİM-in saytına daxil olub yenilənmiş "İmtahana buraxılış vərəqəsi”ni çap etsinlər.


Sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə imtahan verməli olan şəxslər, buraxılış imtahanını Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində verəcəklər".

Xəbər lenti