Xəzər Xəbər

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və “ASAN Radio” yeni layihəyə start veriblər

Gündəm | 15:24 • 7 Sentyabr 2020
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və “ASAN Radio” yeni layihəyə start veriblər

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi "ASAN Radio” ilə birgə yeni layihəyə start verib. Layihə "Qarabağnamə” adlanır.


İctimai Birlikdən xezerxeber.az-a bildiriblər ki, "Qarabağnamə” həftədə bir dəfə "ASAN Radio” 100 FM dalğasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Beynəlxalq məsələlər şöbəsinin müdiri Aybəniz İsmayılovanın təqdimatında efirə gedəcək.


İcmanın ilk radio layihəsi olan "Qarabağnamə” Ermənistan tərəfindən məhv edilən tarixi, mədəni, dini irsimizin təbliğini diqqətdə saxlayacaq. Rəngarəng rubrikalarla dinləyicilərin görüşünə gələcək verilişdə qaçqın və məcburi köçkünlərin qayğıları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti ilə bağlı yeniliklər də dinləyicilərin diqqətinə çatdırılacaq.

Xəbər lenti