Xəzər Xəbər

Nazirlik: Litva-Azərbayan müntəzəm aviareysinin açılması prioritet istiqamətlərdən biridir

Gündəm | 09:36 • 6 Sentyabr 2020
Nazirlik: Litva-Azərbayan müntəzəm aviareysinin açılması prioritet istiqamətlərdən biridir

Litva aviamarşrutların sayının artmasında maraqlıdır və prioritet istiqamətlərdən biri də Azərbaycanla Litva arasında birbaşa müntəzəm hava əlaqəsinin açılmasıdır.


Bu barədə Xəzərxəbər-ə Litva Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.


Qeyd olunub ki, Litvanın nəqliyyat tənzimləmə orqanları Avropa İttifaqı (Aİ) ilə assosiasiya barədə saziş və digər srateji sənədlərlə əlaqədar məqsəd və öhdəliklərə nail olmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır:


"Azərbaycan tərəfinin hava əlaqəsi haqqında Azərbaycan hökuməti ilə Litva hökuməti arasında Saziş layihəsinin razılaşdırılması prosesinin davam etməsinə marağı bizə məlumdur. Eyni zamanda, bizi Azərbaycanın Aİ-nin hava məkanına qoşulması üzrə danışıqların gedişatı maraqlandırır. Litvada avtomobil, dəmir yolu və dəniz nəqliyyatı sektorlarında yüksək ixtisaslı mütəxəssislər qrupu toplanıb. Azərbaycanın nəqliyyat və logistika orqanlarının tələblərinə uyğun olaraq əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur".


Xəbər lenti