Xəzər Xəbər

Müdafiə naziri “BOO - 2020” yarışlarının bağlanış mərasimində iştirak edib

Gündəm | 09:28 • 6 Sentyabr 2020
Müdafiə naziri “BOO - 2020” yarışlarının bağlanış mərasimində iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışlarının son günündə keçirilən "Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, "BOO - 2020” yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.


Qeyd edək ki, hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən "Dəniz kuboku” və "Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.


Xəbər lenti