Xəzər Xəbər

Yeni peşə təhsili müəssisələri açılır

Gündəm | 13:15 • 10 Avqust 2020
Yeni peşə təhsili müəssisələri açılır

Bu il ötən ilə nisbətən peşə təhsili üzrə tələbə qəbulu daha çoxdur.


Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, ötən dövr ərzində Bərdə və Cəlilabadda yeni peşə təhsili müəssisələri tikilib: "Bu il Sumqayıt Kimya Sənaye Fabrikində yeni peşə təhsili müəssisəsinin açılışı nəzərdə tutulur. Həmçinin Gəncə və Cəlilabadda yeni emalatxanalar qurulur. Bu sahədə işlərimiz davam edir. Növbəti illərdə həm dövlət vəsaiti hesabına, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində yeni ixtisasların açılması nəzərdə tutulmuş işlərdəndir"

Xəbər lenti