Xəzər Xəbər

Qapalı kafe və restoranların hansı halda açılacağı bilindi RƏSMİ

Gündəm | 12:38 • 8 Avqust 2020
Qapalı kafe və restoranların hansı halda açılacağı bilindi

"Payıza doğru gedirik və havalar daha sərin olacaq. Açıq və ya qapalı sahələrin açılması hava ilə bağlı deyil, virusla bağlıdır. Əlimizdə olan faktlar göstərir ki, açıq havada virusa yoluxma qapalı məkana nisbətən daha aşağıdır”.


Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.


Onun sözlərinə görə, addımlarımız daha dəqiq olmalıdır ki, yenidən qapanmaya getməyək:


"Birinci növbədə açıq havada olan kafelər açılacaq. Sonra qapalı sahələrdə restoran və kafelərin açılışına gedəcəyik”.

Xəbər lenti