Xəzər Xəbər

Naxçıvana uçuşların sayı artırılır? RƏSMİ AÇIQLAMA

Gündəm | 11:42 • 8 Avqust 2020
Naxçıvana uçuşların sayı artırılır?

"Naxçıvana uçuş reyslərinin sayının artırılması istiqamətində müzakirələr gedir”.


XəzərXəbər-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.


O qeyd edib ki, yaxın zamanda bununla bağlı qərar veriləcək:



"Beynəlxalq reyslər bir neçə istiqamətdə həyata keçirilir. Antalya, Bodrum və digər istiqamətlərdə əvvəlcədən bilet alanların getməsi üçün reyslər açıldı. Lakin burada arqument var ki, rayonlara getmək üçün icazə vermirik, amma beynəlxalq uçuşlar açılır. Ona görə, həmin proses bir yerdə olmalıdır”.


"Nə zaman rayonlara gediş-gəliş açılarsa, o zaman da beynəlxalq uçuşlara icazə verilər”, - deyə, köməkçi əlavə edib.

Xəbər lenti