Xəzər Xəbər

"İnsanlar hələ də risk və təhlükəni dərk etmirlər" Şahmar Mövsümov

Gündəm | 11:49 • 8 Avqust 2020
"İnsanlar hələ də risk və təhlükəni dərk etmirlər"

İnsanlar hələ də risk və təhlükələri dərk etmirlər. Hələ kafe və mağazalar açılmayıb, amma insanlar maskasız, sosial məsafəyə riayət etmədən gəzirlər.


Bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:


"Burada hökuməti günahlandırmaq düzgün deyil. Bizim məqsədimiz insanları evdə saxlamaq deyil. Təəssüf ki, insanlar küçələrə axın etdiyi halda, biz yenidən qapanmalara gedəcəyik. Gəlin, mümkün qədər sıxlıqları azaldaq".

Xəbər lenti