Xəzər Xəbər

Nazir: "Bunun hesabına pensiyalarda ciddi artım oldu"

Gündəm | 13:39 • 7 Avqust 2020
Nazir: "Bunun hesabına pensiyalarda ciddi artım oldu"

Dövlət Sosial müdafiə fondunun gəlirləri son 2 ildə artıb.


XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi bu günkü mətbuat konfransında deyib: "Cari ilin 6 ayı ərzində ölkədə 60 minə yaxın vətəndaş hər hansı idarəyə getmədən elektron şəkildə müavinət və pensiyalarını alıb. 325 min insan bu müddət ərzində elektron şəkildə arayışların alıb. Əlavə olaraq çox ciddi mərkəzləşmə işləri aparılıb. 2006-2008-ci illərdə ödənilən sığorta haqları hesablara köçürüldü və bunun nəticəsində pensiyalarda ciddi artım müşahidə olundu. Bu isə, vətəndaşların hesabında 800 milyon artım deməkdir".

Xəbər lenti