Xəzər Xəbər

Kamran Əliyev: "Son üç ayda 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunub"

Gündəm | 16:01 • 5 Avqust 2020
Kamran Əliyev: "Son üç ayda 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunub"
Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırmışdır ki, son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunmuş, onlardan 16-sı təkrar, 2-i isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin olunmuşdur. Eləcə də, Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilmiş, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunmuşdur. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.

Xəbər lenti