Xəzər Xəbər

ÜST koronavirusdan ölüm səviyyəsini müəyyənləşdirdi

Gündəm | 17:20 • 3 Avqust 2020
ÜST koronavirusdan ölüm səviyyəsini müəyyənləşdirdi

"Koronavirusa yoluxanların ölmə səviyyəsi təxminən 0,6%-dir”.


"RİA Novosti” xəbər verir ki, bunu ÜST-nin nümayəndəsi Mariya Van Kerkhove bildirib.


Onun sözlərinə görə, göstəricilər 0,6%-1% arasında dəyişir.


Bildirilib ki, bu rəqəmlər koronavirusa yoluxan hər 200 nəfərdən birinin vəfat etdiyini göstərir.


Xatırladaq ki, dünyada indiyədək 18,2 milyondan çox insana COVID-19 diaqnozu qoyulub. Onlardan 693 min nəfər ölüb, 11 milyon 469 min nəfər isə sağalıb./report

Xəbər lenti