Xəzər Xəbər

Hikmət Hacıyev Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşüb

Gündəm | 17:11 • 3 Avqust 2020
Hikmət Hacıyev Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş keçirib.


XəzərXəbər-in məlumatına görə, görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri xanım Leyla Abdullayeva da iştirak edib.  


Görüş zamanı məcburi köçkün düşmüş azərbaycanlı əhalinin problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə


həyata keçirilən müxtəlif layihələrin önəmi  qeyd edilib. İcma üzvləri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini xüsusilə vurğulayaraq, məcburi köçkünlər adından Prezident İlham Əliyevə bir daha təşəkkür ediblər.  


Görüşdə Ermənistanın işğalçılıq siyasətinin bütün platformalarda ifşa edilməsi və hücum diplomatiyası aparılması yönündə ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti və bunun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu xüsusda icma üzvlərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti vurğulanıb.  Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin ən əsas hədəfinin məhz ərazi bütövlüyümüzün ən qısa zamanda bərpa edilməsi və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması xüsusilə qeyd edilib.

Xəbər lenti