Xəzər Xəbər

Ombudsman: Ermənistan Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub

Gündəm | 10:48 • 15 İyul 2020
 Ombudsman: Ermənistan Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub

"Ermənistan silahlı qüvvələri dünən Tovuzda hospital, mülki insanlar yerləşən tərəfə mərmi atıb. Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətini davam edərək Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub”.


Xezerxeber.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva bildirib.


Onun sözlərinə görə, Konvensiyanın həmin maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri hospitalların olduğu, mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır: "Biz buna qəti etiraz edirik və bu haqda qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.

Xəbər lenti