Xəzər Xəbər

Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

Gündəm | 17:05 • 14 İyul 2020
 Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə "Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.


Bu barədə TƏBİB-dən bildiirilib.


TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

Xəbər lenti

Çox oxunanlar