Xəzər Xəbər

Sərt karantin ərazilərində xəstələrin xəstəxanalara çatdırılması təmin ediləcək

Gündəm | 18:09 • 10 İyul 2020
Sərt karantin ərazilərində xəstələrin xəstəxanalara çatdırılması təmin ediləcək

"Şəkər və dializ xəstələrinin xəstəxanalara çatdırılması ilə bağlı ötən həftəsonu da problem olmayıb”.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.


Y. Qarayeva qeyd edib ki, həmin xəstələr təcili yardım maşınları ilə də xəstəxanalara çatdırılıb.  


Onun sözlərinə görə, sərt karantin günlərində ictimai nəqliyyat işləməsə də, Bakı Nəqliyyat Agentliyi bunun üçün xüsusi nəqliyyat vasitəsi ayırıb: "Bu həftə sonu sərt karantin elan olunan ərazilərdə dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək. Bu sahədə hansısa problem yaranacağı gözlənilmir. Bu məsələ diqqətdə saxlanılır".


Y. Qarayeva deyib ki, karantin vaxtlarında bölgələrdə olan xəstələrin Bakıya xəstəxanalara gəlməsinə icazə verilir.


Onun sözlərinə görə, bununla bağlı xəstələr yaşadıqları rayonun tibb müəssisəsindən həkim göndərişi almaqla Bakıya sərbəst gələ bilir: "Bundan başqa həmçinin işlə bağlı da müəyyən şəxslər var ki, onların Bakıya gəlməsinə icazə verilir".


Xəbər lenti