Xəzər Xəbər

ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı

Gündəm | 15:55 • 4 İyul 2020
ÜST koronavirusu müalicə edən

Yeni tip koronavirusa qarşı hazırlanan dərmanların arasında sadəcə "Remdesivir”in sınaqları ümidverici nəticələr ortaya qoyub.


XəzərXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Soumya Svaminatan danışıb.


İsveçrənin paytaxtı Cenevrədə mətbuat konfransı təşkil edən doktor "Remdesivir”in sınaqdan keçirildiyi xəstələrdə xəstəxanaya yerləşdirilmə faizinin azaldığını, lakin ölüm faizində dəyişiklik müşahidə olunmadığını deyib.


"Hələlik araşdırmalar bu dərmanı istifadə edən xəstələrin daha sürətli sağaldığını göstərir. "Remdesivir” qəbul edən xəstələr 11 gün ərzində sağalır. Dərmanı qəbul etməyən xəstələr isə 15 günə sağalır”, - ÜST təmsilçisi qeyd edib.


Qeyd edək ki, ABŞ bu həftə "Remdesivir”in dünyadakı bütün fondunu alıb.

Xəbər lenti