Xəzər Xəbər

DOST mərkəzləri xüsusi karantin günlərində də işləyəcək

Gündəm | 11:18 • 4 İyul 2020
DOST mərkəzləri xüsusi karantin günlərində də işləyəcək

DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək.


DOST Agentliyindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin 5 iyul tarixindən 20 iyul tarixinədək uzadılması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq.


Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq.


Vətəndaşların yerində qəbulu dayandırılacaq. DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.


Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:


1 saylı Bakı DOST Mərkəzi


Pensiya üzrə müraciətlər: dost1_pensiya@sosial.gov.az


Müavinətlər üzrə müraciətlər: dost1_muavinat@sosial.gov.az


Təqaüdlər üzrə müraciətlər: dost1_taqaud@sosial.gov.az


Məşğulluq üzrə müraciətlər: dost1_mashgullug@sosial.gov.az


Ümumi məsələlər üzrə müraciətlər: dost1@sosial.gov.az


2 saylı Bakı DOST Mərkəzi


Pensiya üzrə müraciətlər: dost2_pensiya@sosial.gov.az


Müavinətlər üzrə müraciətlər: dost2_muavinat@sosial.gov.az


Təqaüdlər üzrə müraciətlər: dost2_taqaud@sosial.gov.az


Məşğulluq üzrə müraciətlər: dost2_mashgullug@sosial.gov.az


Ümumi məsələlər üzrə müraciətlər: dost2@sosial.gov.az


3 saylı Bakı DOST Mərkəzi


Pensiya üzrə müraciətlər: dost3_pensiya@sosial.gov.az


Müavinətlər üzrə müraciətlər: dost3_muavinat@sosial.gov.az


Təqaüdlər üzrə müraciətlər: dost3_taqaud@sosial.gov.az


Məşğulluq üzrə müraciətlər: dost3_mashgullug@sosial.gov.az


Ümumi məsələlər üzrə müraciətlər: dost3@sosial.gov.az


Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının "Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

Xəbər lenti