Xəzər Xəbər

Xose Kalyexon klubunu dəyişir

Gündəm | 12:53 • 7 İyun 2020
Xose Kalyexon klubunu dəyişir

"Napoli"nin hücumçusu Xose Kalyexon rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Son danışıq mənfi nəticələnincə ulduz futbolçu digər varianta üstünlük verib.

33 yaşlı ispaniyalı ölkəsinə qayıtmaq qərarına gəlib. "Valensiya" ilə ilkin danışıq artıq uğurlu alınıb və "yarasalar"ın 2 illik müqavilə təklifini Kalyexon qəbul edib. Keçid rəsmiləşərsə, oyunçunun yeni komandasında illik maaşı 3,5 milyon avro olacaq. Neapollularla müqavilə müddəti bu ayın sonu başa çatacaq futbolçu La Liqa təmsilçisinə havayı başa gələcək.

Qeyd edək ki, Xose Kalyexon bu mövsüm 32 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

Xəbər lenti