Xəzər Xəbər

Təhsil Nazirliyi məlumat yaydı – Məktəblilərin NƏZƏRİNƏ…

Gündəm | 15:25 • 4 İyun 2020
Təhsil Nazirliyi məlumat yaydı

"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin iyunun 5-nə nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Xəbər lenti