"İlin sonuna qədər bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb. Artıq ilin yekununa sayılı günlər qalıb".
Xezerxeber.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, ümumtəhsil müəssisələrində təhsilalanların sənədlərinin verilməsi, məktəblərdə fəaliyyətin təşkili ilə bağlı mexanizm olmalıdır: "Bu, təkcə təhsilanlar və təhsilverənlər üçün deyil, bütövlükdə cəmiyyətin böyük qismini maraqlandırır".