Xəzər Xəbər

Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

Gündəm | 13:03 • 28 May 2020
Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiq qalır.

ABŞ Dövlət Departamentinin saytının verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqına ünvanladığı təbrikdə qeyd edib.

"ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiq qalır. Bu il COVID-19 pandemiyası səbəbindən dünya unikal çağırışlarla üzləşmişdir. Amma mən əminəm ki, Azərbaycan xalqı bu çətinliklərin üzərindən cəsarət və qətiyyətlə gələcək. Azərbaycan xalqı ilə birgə olan Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir", - Mayk Pompeo bildirib./apa

Xəbər lenti