Xəzər Xəbər

AZAL daha 175 nəfəri Moskvadan Bakıya gətirdi

Gündəm | 19:38 • 27 May 2020
AZAL daha 175 nəfəri Moskvadan Bakıya gətirdi

Bu gün Azərbaycanın Milli aviadaşıyıcısı AZAL çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib.

Qurumdan verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar